Cümə günü 25 May 2018

Səhiyyə

Milli Oftalmologiya Mərkəzinin Gəncə filialına ötən həftə 262 xəstə müraciət edib

Kamilə Seyidli - 24/04/2018

Bir həftə ərzində Gəncə filialına ümumi qeydiyyatdan keçmiş xəstələrin sayı 262 nəfərdir ki, onlardan 11 nəfər əməliyyat olunub.

Aprelin 16-dan 22-dək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə ümumilikdə 3425 xəstə müraciət edib.

Milli Oftalmologiya Mərkəzdən bildiriblər ki, xəstələrin 250-si stasionar müalicə alır. Bundan əlavə həftə ərzində mərkəzdə 252 cərrahi əməliyyat keçirilib. Onların əksəriyyəti kataraktanın fakoemulsifikasiyası+ İOL implantasiyası əməliyyatıdır ki, bu da 78 xəstəyə tətbiq olunub.

Həftə ərzində mərkəzin Masallı filialına 350 xəstə müraciət edib. Onlardan 60-ı üzərində əməliyyat icra olunub.

 

Hadisə

Cəmiyyət