Cümə axşamı 18 Oktyabr 2018

İqtisadiyyat

UTECA və GDU-da Maliyyə Bazarlarına Nəzarət Palatası təlim keçirib

Samirə Süleymanlı - 24/04/2018

İnteraktivlik və müzakirə formatında keçən tədbirin ən aktiv iştirakçılarına sertifikatlar təqdim edilib.

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində maarifləndirici tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Bununla əlaqədar olaraq, Palatanın mütəxəssisləri tərəfindən Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim keçirilib.

Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktivlik və müzakirə formatında keçən tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

Hadisə