Bazar ertəsi 20 Avqust 2018

Səhiyyə

Gəncədən 25 nəfər müharibə əlilinə sanatoriyalara göndəriş verilib

Samirə Səmədova - 23/04/2018

Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Nizami rayonu ərazisi üzrə təqaüdçülərə və sosial müavinat alan şəxlərə bir ay ərzində ümüm 4.868.000 manat vəsait verir.

Gəncə şəhəri Nizami rayonu üzərə 12.906 nəfər şəxs əlilliyi olmaqla, ümümi 26.543 nəfər pensiya və ya sosial müavinatla təmin olunur.

DSMF-Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial xidmət sektorunun məsləhətçisi Rəqsanə Ələskərova bildirib ki, sanatoriyaya göndəriş ilə istirahət və müalicə ücün 2017-ci ildə 171 nəfər müraciət edib. Onlardan 94 nəfəri 2017-ci ildə növbəli şəkildə öz istədikləri sanatoriyalara DSMF tərəfindən yollanılıblar.

2018-ci ilin əvvəlindən bu günə kimi artıq 58 nəfər yenidən müraciət edib, və müraciət edənlərin 15 Qarabağ müharibə əlilidir ki, 6 nəfər Qarabağ müharibə əlili olmaqla 2018-ci ilin birinci rübündə artıq 25 nəfər sanatoriyaya göndəriş ilə növbəli şəkildə təmin olunub. 

Photogallery

7

İdman

Hadisə

Cəmiyyət