Cümə günü 25 May 2018

Səhiyyə

Gəncə şəhər Səhiyyə İdarəsi yeni binaya köçürülür

Sənubər Göyüşqızı - 23/04/2018

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında çıxışı zamanı deyib.

İdarənin hazırkı binası tələbatı ödəmədiyi üçün Nizami Gəncəvi prospektinin genişləndirilməsi layihəsinə uyğun olaraq söküləcək.

Səhiyyə İdarəsi bundan sonra Gəncənin Heydər Əliyev prospektində yerləşən şəhər 2 saylı poliklinikanın binasında fəaliyyət göstərəcək. Bu məqsədlə binada cari təmir işlərinə başlanılıb. Poliklinika isə Gəncə şəhər Z. Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanasının nəzdində sakinlərə daha müasir səviyyədə səhiyyə xidməti göstərəcək.

Hadisə

Cəmiyyət