Cümə günü 25 May 2018

İqtisadiyyat

Gəncədə maliyyələşmə imkanlarına həsr edilən seminar keçirilib

Samirə Səmədova - 23/04/2018

Seminarın məqsədi ucuz maliyyə mənbələrinə əlçatanlıq və korporativ idarəetmənin inkişaf etdirilməsidir.

Müasir beynəlxalq standartlara uyğun şirkətlərin səhmləşməsi, həmin şirkətlərin istiqraz vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi Gəncədə Qərb bölgəsinin sahibkarları ilə müzakirə edilib. Bu sahədə maaarifləndirmə işinin təşkili, eyni zamanda sahibkarları bu koorporativ idarəetmə üsullarına meylini artırmaq üçün təşkil edilən təqdimatlarda şirkətlərin maliyyə bazarlarına əlçatanlığının təmini suallarına cavab verilib.

Şirkətlər müasir standratlara uyğun koorporativ idarəetmə standartlarını öz müəssisələrində nə cür tətbiq edə bilərlər? Onlar Bakı Fond Birjasının listinq məsləhət proqramına necə qoşula bilərlər? sualları da sahibkarlara cavab şəklində təqdim edilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının silsisə xarakterli tədbiri Gəncədən öncə Bakıda baş tutub, ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, bu kiçik və orta sahibkarlıq sahəsində istehlak mallarının istehsalı strateji yol xəritəsinin hədəflərindən biri olan sahibkarların maliyyə əlçatanlığını artıran tədbirlərindən biridir. ASK bu tədbiri Maliyyə Bazarlarına Nəzarət Palatası və Bakı Fond Birjası ilə birlikdə təşkil edib. Məqsəd ucuz maliyyə mənbələrinə əlçatanlığın olması, eyni zamanda korporativ idarəetmənin inkişaf etdirilməsidir.

Photogallery

31171408 1103400849811712 172379160965021696 N 31290112 1103395149812282 2268679743828131840 N 31166522 1103397696478694 4101046649252478976 N 31183556 1103397689812028 5556766840035737600 N 31124562 1103400786478385 7522500696273321984 N Nihaat 31124742 1103400816478382 5496065848198037504 N 31123237 1103401149811682 5593121874180571136 N

Hadisə

Cəmiyyət