Cümə axşamı 18 Oktyabr 2018

Sosial

Gəncədə içməli su xəttinin 179,7 kilometri, kanalizasiya xəttinin isə 176,8 kilometri artıq çəkilib

Samirə Süleymanlı - 19/04/2018

Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir.

Layihə çərçivəsində sovetlər dönəmindən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. 

“Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsinin icrası çərçivəsində ümumi uzunluğu 884 kilometr olan içməli su xəttinin 179,7 kilometri, 891 kilometr olan  kanalizasiya xəttinin 176,8 kilometri çəkilib. Bu proqram çərçivəsində 4-cü kontrakt üzrə müxtəlif diametrdə içməli su xəttinin 20,7 kilometri, kanalizasiya xəttinin 17,2 kilometri inşa edilərək çəkilmişdir. 782 ədəd mexaniki sayğac quraşdırılıb.

Şəhərdə aparılan geniş abadlıq və yenidənqurma işləri müasir şəhərsalmanın tələbləri əsasında aparılır. Kanalizasiya və su xətləri yenidən qurulur və bu işlərin davamı olaraq  2018-ci ilin birinci rübündə Nizami prospekti,  Ü.Hacıbəyli, M.C.Paşayev, Əttarlar, Vaqif, Qəzənfər Əliyev, M.Y.Axundzadə  və digər küçələrdə bu sahədə işlər aparılır.

Şəhər ərazisində və yaşayış məntəqələrində hesabat dövründə mövcud su və kanalizasiya kəmərlərində, eləcə də su şəbəkəsində ümumi uzunluğu 108 p/metr müxtəlif diametrli su borusu, 130 p/metr müxtəlif diametrli kanalizasiya borusu, 216 p/metr uzunluğunda müxtəlif en kəsikli elektrik kabeli və 6 ədəd müxtəlif diametrli siyirtmə yenisi ilə əvəz edilib.  56 ədəd subartezian quyusu, 21 ədəd su nasosu təmir edilərək istismara verilib.

Hesabat dövründə 15 ədəd kanalizasiyaya nəzarət quyusu yenidən tikilərək istifadəyə verilib. 15 ədəd quyu qapağı, 6 ədəd müxtəlif güclü elektrik mühərriki təmir edilib. 60 halda su və 179 halda kanalizasiya xətlərində sızmaların qarşısı alınıb. Bütün bu işlərin həyata keçirilməsi məqsədi ilə 42 min 300 manatdan çox vəsait xərclənib. İlin əvvəlindən binadaxili su və kanalizasiya xətlərinin yenidən qurulması işləri davam etdirilməklə, istehlakçıların istifadə etdikləri suyun uçotunun aparılması məqsədilə abonentlər üzrə 111 ədəd “smart-kart” tipli su sayğacı quraşdırılıb.

2018-ci ilin birinci rübü ərzində istehlakçılar tərəfindən istifadə edilən 1 milyon 268 min 342 manat dəyərində su və kanalizasiya xidmətlərinin 69,5 faizi və ya 881 min 282 manatı, o cümlədən əhali tərəfindən 799 min 463 manat dəyərində su və kanalizasiya xidmətinin 68,3 faizi və ya 546 min 279 manatı ödənilib.

Hadisə