Bazar ertəsi 20 Avqust 2018

Elm

Gəncəli alim Macarıstanda keçiriləcək Beynəlxaq Elmi Konfransda iştirak edəcək

Sənubər Göyüşqızı - 19/04/2018

Konfrans Raqif Hüseynovun təşəbbüsü ilə "Regionaların Davamlı İnkişafı" mövzusunda baş tutacaq.

Macarıstan Respublikasının Szent İstvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü ilə Sent İstvan Universitetində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş, "Regionaların Davamlı İnkişafı" mövzusunda  Gənc Alimlərin 3-cü Beynəlxaq Elmi Konfransı keçiriləcək. Konfrans Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Sent İstvan Universitetinin və eyni zamanda Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Konfransda Azərbaycan, Rumuniya, Misir və Şimali Kipr Türk Respublikalarının səfirliklərinin, Macarıstan Respublikasının rəsmi qurumlarının nümayəndələrinin  və 32 ölkədən olan 100-ə yaxın gənc alimlərin iştirakı gözlənilir.

Konfransın sonunda gənc alimlərə sertifikat və hədiyyələr təqdim olunacaq eyni zamanda konfransda iştirak edən gənc alimlərin elmi məqalələri Szent İstvan Universitetinin və Varşava Təbitət Elmləri Universitetinin elmi jurnallarında çap olunacaqdır.

Qeyd edək ki, gənc Alimlərin 1-ci və 2-ci Beynəlxaq Elmi Konfransları 2015-2016-cı illərdə gənc alim Raqif Hüseynovun təşəbbüsü ilə Azərbaycan Respublikasının Polşadakı səfirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılğı ilə Varşava Təbiət Elmləri Universitetində təşkil edilib.

İdman

Hadisə

Cəmiyyət