Şənbə 21 İyul 2018

Cəmiyyət

Gəncədə 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Foto - Video

Samirə Süleymanlı - 17/04/2018

İclasda ilin ilk 3 ayının statistik göstəricilərinə nəzər salınıb, həyata keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Gəncə şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi hesabat yığıncağında icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb.

Şəhərdə ictimai-siyasi sabitlik olmaqla, dinamik makroiqtisadi göstəricilər əldə edilib.

Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib.

Şəhərimizdə təhsil, səhiyyə və mədəniyyətin inkişafı və bu strateji sahələrin maddi-texniki və tədris-metodiki bazasının getdikcə müasirləşdirilməsi, eləcə də yeni avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, yeni məktəb binalarının inşası Gəncə şəhər İcra Hakimiyyəti başçısının daim diqqət mərkəzində saxlanılır. Gənclər və İdman Baş İdarəsi şəhərin sosial-mədəni həyatında gənclərin fəal iştirakını təmin etmiş, müxtəlif mövzularda 2018-ci ilin birinci rübündə bir sıra tədbirlər həyata keçirmişdir. Bu keçirilmiş 36 müxtəlif tədbirdə 5 min 400-dən çox gənc və yeniyetmə iştirak etmişdir.

Şəhər İcra Hakimiyyətinin başçısı Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində an son tamamlanma işləri, Gəncə Şahmat Məktəbinin yeni binasının inventarla təminatı məsələsi, Gəncə şəhər Səhiyyə İdarəsinin yeni binaya köçürülməsi ilə bağlı son vəziyyəti müzakirə edib, adiyyatı şəxslərə tapşırıq və tövsiyyələrini verib. Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncəçayın sel sualarından mühafizəsi ilə bağlı sağ sahilində bənd vurulmuşdu. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüşdü və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşmalıdır. Çayın sol sahili üçün işlənilən layihə də artıq hazirdır. Bu hissədə də bulvar kompleksi salınacaq. Layihəyə uyğun olaraq bulvarda “Bayraq muzeyi”, yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvarda qapalı və açıq stadionların tikintisi də layihədə öz əksini tapıb.

İcra başçısı müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacağını da qeyd edib. Layihənin icrası investorların qoyduğu investisiya hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə veriləcək.

Nizami prospektində isə Gəncəçay körpüsündən Heydər Əliyev prosketinə qədər olan ərazidə 7 ədəd  Gəncə memarlığına xas olan müxtəlif bloklu 9 mərtəbəli binalar inşa ediləcək. Binanın birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. 150 dən çox ailə evinin kvadratmetrinə uyğun olaraq həmin binalara köçürüləcək. Digər mənzillər isə açıq satışa çıxarılacaq.

https://www.youtube.com/watch?v=yrboiC3LM50

Photogallery

30740918 2041933066029912 891611888977182720 N 30738279 2041932956029923 2479380986714914816 N

Hadisə