Bazar günü 24 İyun 2018

Mədəniyyət

Gəncədə “Könüllülük: uğur formulu” kitabının imza günü

Sənubər Göyüşqızı - 14/03/2018

Təqdimata Gəncə könüllülərinin marağı böyük olub.

LİBRAFF (“Gəncə Mall” filialı)  kitab mağazasında “CAVAN” Gənclər Hərəkatı,Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Bir” Tələbə-Könüllü Proqramı və ASAN Könüllüləri/ASAN Volunteers Təşkilatının təşkilatçılığı ilə tələbə-könüllülər üçün “Könüllülük: uğur formulu” kitabının 4-cü imza günü keçirilib.

Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərin uğurla realaşmasında  əvəzsiz xidmətləri olan könüllü gənclərin fəaliyyətindən bəhs edən kitabının Gəncədə keçirilən  təqdimatında kitabın müəllifləri Dr. Nadir Adilov və Elvin Paşayev iştirak ediblər. Müəlliflər tərəfindən gənclərə 400-dən artıq imzalanmış kitab hədiyyə olaraq təqdim olunub.

Nəşrdə gənclərin könüllü kimi fəaliyyətindən, qazandıqları uğurlardan, gənclərin karyera qurmasında, eləcə də formalaşmasında könüllük fəaliyyətinin rolundan danışılır.

Qeyd edək ki, kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarında ifadə olunan arzuların reallaşdırılmasına yönəldiləcək.

Photogallery

29197275 855774317935755 8081405559300947968 N

Ən çox oxunan

Hadisə