Bazar günü 24 İyun 2018

İdman

“Kəpəz” oyuna itkilərlə çıxacaq

Samirə Səmədova - 14/03/2018

Topaz Premyer Liqasının XX turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq.

Bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidir. Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidir və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.

Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var. Futbolçuların durumu həkim nəzarəti altındadır, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.   

Ən çox oxunan

Hadisə