Çərşənbə günü 19 Dekabr 2018

Cəmiyyət

Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Mədinə Musazadə - 14/03/2018

Toplantı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planına uyğun olaraq keçirilib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində “Gənc seçici” adlı maarifləndirici toplantı təşkil olunub. Tədbirdə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında seçki prosesini və seçkilərdə iştirakı, eləcə də ilk dəfə səs verən gənc seçicilər arasında fəallığı təmin etməkdir.

“Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin gənclər siyasətinin mühüm rolu var”, - deyə Müşviq Cəfərov bildirib.

Seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu deyən 39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsinin sədri Elbar Əhmədov qeyd edib ki, Gəncə şəhərində 4 dairə, 107 məntəqə fəaliyyət göstərir. O, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

Daha sonra ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.

Photogallery

15209992911129452404 1000x669 15209992911813313323 1000x669

Hadisə