Bazar ertəsi 24 Sentyabr 2018

Təhsil

Gəncədə lisey və gimnaziyalara I sinfə qəbul imtahansız keçiriləcək

Kamilə Seyidli - 13/03/2018

Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

"Bu il Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu zamanı ərazi prinsipi tətbiq olunmayacaq. Buna görə də istənilən valideyn yaşadığı yerdən asılı olmayaraq, öz uşağının həmin məktəbə imtahan vermədən qəbul edilməsi üçün müraciət edə bilər".

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, bu il ilk dəfə olaraq, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu müsabiqəsiz, yəni imtahansız keçiriləcək.

C.Valehov bildirib ki, növbəti illərdə həmin məktəblərə I sinfə qəbul zamanı ərazi prinsipinin tətbiq olunub-olunmayacağı ilə bağlı qərar bu ilki qəbulun nəticələri təhlil edildikdən sonra veriləcək.

Sektor müdiri deyib ki, əgər gimnaziya və liseylərin I sinfinə qəbulu zamanı uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar, eyni zamanda sənəd qəbulu zamanı ortaya çıxan digər anlaşılmaz hallarla bağlı Təhsil Nazirliyinin "Qaynar xətti"nə şikayət edə bilərlər.