Bazar günü 20 May 2018

Elm

ADAU-da “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrans keçiriləcək

Samirə Süleymanlı - 13/03/2018

May ayının 28-də müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixli sərəncam imzalamış və 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.

Bu sərəncamlardan irəli gələn vəzifələrin, xüsusən Cümhuriyyətin 3 aylıq Gəncə dövründə sosial, iqtisadi, mədəni və siyasi sahələrdə qəbul edilmiş qərarların müstəqil demokratik dövlət quruculuğunda mühüm rolunu nəzərə alaraq  mayın 15-16-da universitetdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransın bölmələri:

  • Azərbaycanda milli dövlətçiliyin bərqərar olması;
  • Azərbaycan Xalq Cümhuriyyətinin xarici, sosial-iqtisadi və mədəni siyasəti;
  • Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu;
  • Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Konfransın dili: Azərbaycan, türk, ingilis və rus.

Konfransda iştirak formasının təsdiqi, məruzə mətnlərinin göndərilməsinin son tarixi: 03 may 2018-ci il.

Məruzə mətnlərinin tərtib olunma qaydaları:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, azərbaycan, türk, ingilis və ya rus dillərindən (çap və elektron variantda) birində qəbul olunur;
  • Məruzə mətnləri 5-7 səhifə həcmində, kompyuterdə MS Word formatında, Arial şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, abzasdan, kursivli kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 256 57 33

E-mail: elm.sh.adau@gmail.com

Web: www.adau.edu.az

 

Hadisə