Cümə günü 21 Sentyabr 2018

Cəmiyyət

Pakistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi mərasimində Gəncə şəhərindən bəhs edilib

Samirə Səmədova - 13/03/2018

Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mədəni və Musiqi Axşamı” adlı tədbir keçirilib. Azərbaycanın Pakistandakı səfirliyi bu haqda məlumat yayıb. Tədbirdə Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi şərəfli yol haqqında məlumat verib.

Səfir Azərbaycan Prezidentinin sərancamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycanda və bir çox xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayıb. Səfir ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pəncab Əyalətinin mərkəzi və Pakistanın ikinci böyük şəhəri olan Lahor şəhərində qeyd olunmasının əlamətdar hadisə olduğunu bildirib. Diplomat Pakistan və Azərbaycan xalqları arasında tarix boyu sıx əlaqələrin, mədəni yaxınlıq və ortaq bağların olduğunu qeyd edib. Əli Əlizadə Pəncab Əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu və Pəncab Əyalətinin iki qardaş ölkə - Azərbaycan və Pakistanın əlaqələrində xüsusi rolunun olduğunu bildirib.

Tədbirdə çıxış edən Pəncab Əyalətinin maliyyə naziri xanım Aişə Paşa Pakistan və Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu, bu əlaqələrdə önəmli olan iqtisadi və ticari əməkdaşlığın, mədəni bağların, xalqlararası münasibətlərin daha da artırılması gərəkdiyini və Azərbaycandan musiqi qrupunun Pəncab Əyalətinin Lahor şəhərinə təşrif buyurmasının böyük məmnunluq hissi yaratdığını bildirib. Xanım Aişə Paşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab Əyalətinin baş naziri və höküməti adından Azərbaycan xalqını təbrik edib.

Çıxışlardan sonra Azərbaycanın əməkdar artisti Mübariz Əsgərovun, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanovanın ifalarında Azərbaycan xalq mahnıları və  dünya musiqisinin populyar klassik musiqi əsərləri səslənib.

Mədəni musiqi axşamı şam ziyafəti ilə davam edib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Photogallery

629954cc C1d8 4278 Be7c 683c5fdffcb2 A2deddb6 Cce1 488d Ad62 1262471185c9 03e1bb92 48f7 40c8 Bed7 Fde9c1faa7ba E5949a8c 0437 4bd2 A19f Bc6e91c1da4c D44ef018 878b 4b23 B936 1b7a0295ca4a 00683bd0 Ea7d 4d49 A028 E612acb06c03