Bazar günü 20 May 2018

Cəmiyyət

Gəncədə maarifləndirici toplantı keçirilib

GanjaNews - 13/03/2018

Gəncə şəhər Gənclər evində şəhər Gənclər və idman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Gənc seçici” adlı maarifləndirici toplantı təşkil olunmuşdur.

                 “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirak təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması üçün təşkil olunan toplantıda Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, 39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsinin sədri Elbar Əhmədov, şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və 90 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişlər.

                 Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq 11 aprel 2018-ci il tarixdə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan VIII rəsmi ümumilli seçkisidir. O, vurğuladı ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.

                 Sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə, Gəncə Kitab klubunun sədri Ülviyyə Mahmudova çıxış edərək söylədilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz seçklilərdə iştirak edərək öz gələcəyimizə səs verəcəyik. Çıxış edənlər gəncləri 11 apreldə keçiriləcək Prezident seçkilərində fəal olmağa çağırıblar.

                  Daha sonra çıxış edən saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsinin sədri Elbar Əhmədov Gəncə şəhərində 4 dairə, 107 məntəqə olduğunu bildirərək, vətəndaşın seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. O, seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

                   Sonda ilk dəfə səs verəcək gənclərin seçki ilə bağlı sualları qonaqlar tərəfindən cavablandırıldı.

Photogallery

29136138 1528108373904710 6034445865676963840 O 29177607 1528107807238100 2276348420820041728 O

Hadisə