Cümə günü 14 Dekabr 2018

Təhsil

GDU-da beynəlxalq elmi konfrans keçiriləcək

Kamilə Seyidli - 12/03/2018

Konfrans Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri mövzusunda olacaq.

Elmi 04-05 may 2018-ci ildə keçiriləcək.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Müasir kimyanın aktual problemləri

  • Müasir biologiyanın aktual problemləri

  • Müasir fizikanın aktual problemləri

  • Müasir coğrafiyanın aktual problemləri

  • Müasir iqtisadiyyatın aktual problemləri

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada  15 mart 2018-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: elm@gdu.edu.az

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix                             15  mart 2018-ci il

Çap olunmuş məqalələr məcmuəsinin paylanması                4  may 2018-ci il

Konfransın təntənəli açılış mərasimi                                    4 may 2018 -ci il

Bölmə iclasları                                                                   4-5 may 2018-ci il

Konfransın bağlanış mərasimi                                              5 may 2018-ci il

 FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis. Xülasə: ingilis dilində.

  3. Konfransa problem xarakterli məqalələr qəbul olunur.

  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə

  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə

  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az,  (+99422) 256 33 58

 

Hadisə

Təhsil