Cümə axşamı 19 İyul 2018

Mədəniyyət

Əbülfəs Qarayev Gəncə şəhər sakinlərini də qəbul edəcək

Samirə Süleymanlı - 12/03/2018

Mədəniyyət və turizm naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 15-i saat 11:00-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalırayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra№-si Şəhər (rayon) əlaqələndiricişəxs əlaqətelefonu
1. Gəncə şəhəri Sənan Hacıyev (0-22) 266-29-48(050) 264-11-88
2. Naftalan şəhəri Zöhrab Adıgözəlov (0-22) 352-30-56(055) 330-29-23
3. Goranboy rayonu Gündüz Hacıyev (022) 245-31-26(050) 364-94-26
4. Samux rayonu Süleyman Əliyev (022) 275-11-39(050) 687-58-43
5. Xocalı rayonu Ruslan Bəşirov (022) 247-47-31(050) 584-07-09
6. Kəlbəcər rayonu Hacı Əmrahov (0-22) 267-50-19(050) 441-84-82