Cümə günü 14 Dekabr 2018

Cəmiyyət

Gəncədə ərzaq və kənd təsərrüfatı məhsullarının “Novruz Bayramı Yarmarkası” davam edir

GanjaNews - 10/03/2018

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində hər həftənin şənbə və bazar günləri “Novruz Bayramı Yarmarkası” təşkil edilir. Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edirlər.

Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edir. Sakinlərdən Etibar Həsənov, Oktay Yusifov, Səadət Qafarova və başqaları yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildirirlər.

Bildirək ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.

Qeyd edək ki, Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

Hadisə

Təhsil