Bazar ertəsi 18 İyun 2018

İdman

Bu gün 'Kəpəz' doğma stadionda 'Qəbələ'ni qəbul edəcək

Sənubər Göyüşqızı - 09/03/2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun açılış oyunu Gəncə şəhər stadionunda olacaq.

Autsayder "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Yunis Hüseynov "sarı-göylər"in baş məşqçisi kimi ilk qələbəsini ötən tur elə doğma meydanda debütant "Səbail" üzərində qazanıb - 2:1.

Bildirək ki, indiyədək "Kəpəz" və "Qəbələ" komandaları Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. 

Azərbaycan Premyer Liqası, XIX tur

9 mart (cümə)

15:00. "Kəpəz" – "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Keşlə”

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

Qeyd edək ki, turun son 2 oyunu martın 10-da keçiriləcək. Həmin gün "Səbail" "Sumqayıt"ı, "Qarabağ" isə "Zirə"ni qəbul edəcək.

Ən çox oxunan

Hadisə

Cəmiyyət