Cümə günü 14 Dekabr 2018

Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında silsilə tədbirlər keçiriləcək

Sənubər Göyüşqızı - 07/03/2018

Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elmi simpoziumda bildirib.

"Bu il muğam festivalında iştirak etmək üçün Azərbaycana 15 ölkədən qonaq gələcək". Bunu "Muğam aləmi" 5-ci Beynəlxalq Festivalı çərçivəsində "Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən elmi simpoziumda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, indi 80 iştirakçının festivala qatılacağı təsdiqlənib: "Bakıya 100-ə qədər iştirakçının gələcəyi gözlənilir. Bunlar arasında alimlər, tədqiqatçıar və ifaçılar var".

Əbülfəs Qarayev əlavə edib ki, festival müddətində yalnız Bakıda deyil, Gəncədə yeni tikilən Gəncə Filarmoniyasında da ilk dəfə silsilə tədbirlər keçiriləcək: "Sabahdan etibarən orada çox maraqlı proqram təqdim olunacaq. Azərbaycanın bütün mühüm mədəniyyət ocaqlarında muğam öz rəngarəngliyi ilə təqdim olunacaq. Festival ölkənin bütün regionlarında öz əks-sədasını tapacaq".

Hadisə

Təhsil