Cümə günü 21 Sentyabr 2018

İdman

Gəncə MKS-in 15-saylı kitabxana filialında uşaqlar üçün oyun keçirilib

Kamilə Seyidli - 06/03/2018

Oyunda kitabxananın fəal oxucuları iştirak edib.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialının müdiri Atlaz Cəfərova oyunun gediş qaydasını uşaqlara başa salıb. Oyun "Axtar tap", "Ağıllı və müdrük", "Tez-tez" başlığı altında keçirilib. 

Uşaqlar oyunda həvəslə iştirak edib və belə oyunların tez-tez keçirilməsini arzu ediblər.

Sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.