Bazar ertəsi 20 Avqust 2018

QHT

'Gələcəyə Körpü' GİB QHT fəalları üçün təlimlərə start verir

Sənubər Göyüşqızı - 21/02/2018

Layihə: "QHT-lər üçün Erasmus+ proqramı çərçivəsində layihə idarəetməsi üzrə potensial quruculuğu" adlanır.

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə beynəlxalq layihələrdə iştirak etmək istəyən gənc QHT fəalları üçün təlimlərə başlayır.

Layihənin əsas məqsədi Azərbaycanda gənclər təşkilatları nümayəndələri üçün beynəlxalq əməkdaşlıq, mobillik və qeyri-formal təhsil sahəsində beynəlxalq layihələrin idarəetməsi sahəsində bacarıq və kompetensiyaları inkişaf etdirməkdir. Müvafiq təlimlər proqramı Erasmus+ proqramının qaydalarını və layihə idarəetməsinin mövzusunu əhatə edəcək.

25 nəfər gənclər təşkilatları nümayəndəsi üçün 3 günlük təlim iki beynəlxalq təlimçi tərəfindən 23-25 fevral tarixlərində Bakı şəhərində keçiriləcək.

Bakı və ölkəmizin digər regionlarında fəaliyyət göstərən gənclər təşkilatları iştirak üçün dəvət olunurlar.

İştirakçılar üçün tələblər:

- İngilis dili (beynəlxalq layihələrə müraciət dilinin ingilis dili olmasını və bu səbəbdən təlimin ingilis dilində keçiriləcəyini nəzərə alaraq);
- Beynəlxalq layihə idarəetməsində təcrübə;
- Üç gün ərzində tam olaraq təlimdə iştirak etmək imkanı.

Regionlardan gələn iştirakçıların yol, mehmanxana və yemək xərcləri layihə tərəfindən qarşılanır.
İştirak etmək arzusunda olan gənclərimizdən CV və Motivasiya Məktubunu training@cavan.az ünvanına göndərmələri xahiş olunur.

İlkin seçimdən keçən namizədlərlə Skype müsahibə keçiriləcək.

İdman

Hadisə

Cəmiyyət