Cümə günü 21 Sentyabr 2018

İqtisadiyyat

'Gəncəbank'ın kreditorlarına müraciət edilib

Samirə Səmədova - 20/02/2018

Tələblərin ödənişi nağdsız qaydada həyata keçirilir.

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.

ADIF-dan bildiriblər ki, kreditorlardan tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan "Gəncəbank" ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət etmələri və bank rekvizitlərini qeyd etmələri xahiş olunur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi fevralın 12-dən başlayıb.