Bazar günü 23 Sentyabr 2018

Təhsil

«Agro Dairy» MMC-nin nümayəndələri ADAU-da olub

Samirə Səmədova - 14/02/2018

Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan «Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) işgüzar səfər ediblər. Səfərin məqsədi müəssisə ilə universitet arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub.

Qonaqları qəbul edən universitetin rektoru İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, mövcud vəziyyəti, aqrar təhsilə dövlət dəstəyi, maddi-texniki baza, aparıcı şirkətlərlə əməkdaşlıq əlaqələrinin  zəruriliyi və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Şirkətin sahə üzrə meneceri, doktor Aleksander zu Dreele səmimi qəbula görə rektora dərin təşəkkürünü bildirib. Son illərdə universitetin əldə etdiyi uğurları yüksək qiymətləndirərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlı olduğunu və son illərdə şirkətdə çalışan ADAU məzunlarının sayının artdığını da qeyd edib.

Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin, praktiki dərslərin müəssisədə təşkili, mütəxəssislərin mübadiləsi məsələləri müzakirə olunub. Eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, tədris prosesinin birgə təşkili, monitorinqi, maddi-texniki bazadan istifadə qaydalarına dair də fikir mübadiləsi aparılıb.   

Qeyd edək ki, «Agro Dairy» MMC və ADAU arasında əməkdaşlığın əsası 2017-ci ildə qoyulub. İlkin mərhələdə ADAU-da təşkil olunmuş traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu şirkətdə taxıl biçini prosesində yaxından iştirak edib.  

 

Photogallery

IMG 8997 IMG 9003 IMG 8998 IMG 9000 IMG 9010