Çərşənbə günü 19 Dekabr 2018

Cəmiyyət

Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək ondan da çətindir...

Könül Hüseynova - 14/02/2018

Vətənimin 2-ci dəfə qazandığı dövlət müstəqilliyi haqqında danışmaq istəyirəm.

Əslində düşüncələrim yüzillərin o üzündən bugunkü Azərbaycana tərəf gələn uzun, incə bir yola çıxır.

XX əsrin əvvəllərində milli ruhun doyunca yaşamağa macal tapmadığı istiqlal vüsalı vaxtın üzərindən əsrin sonlarına, Vətənin müstəqilliyinin ikinci dəfə bütün dünyaya bəyan edildiyi xoş bir payız gününə - 1991-ci ilin oktyabrına körpü salır.

Tarixin ixtiyarına verilən hər əsr xalqların keçmiş kitabındakı bir səhfəsidir. Hər toplum yaşadıqları bu səhifədə bir cür görünür, hər xalq bu səhifədə özünü bir tərzdə ifadə edir.

2-ci dövlət müstəqilliyimiz - XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lideri Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Hal-hazırda ölkə prezidentimiz İlham Əliyevin və onun xanımı ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan bütün dünyada müsbət anlamda daha da yaxşı tanınır.

Məqaləmi bitirərkən bir daha ifadə etmək istəyirəm ki, bizlər azad, müstəqil və güclü dövlətin, xalqın, millətin övladlarıyıq.

                                                                                                                                                                                     

                                                                                                                              GDU-nun 2-ci kurs tələbəsi - Könül Hüseynova 

Hadisə