Bazar ertəsi 19 Fevral 2018

İqtisadiyyat

“Gəncəbank”ın təminatsız kreditorlarının tələblərinin ödənişinə başlanılıb

Kamilə Seyidli - 13/02/2018

ADIF-dan bildiriblər ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Fevralın 12-dən Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Gəncəbank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanılıb. Kreditorlardan tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etmələri və bank rekvizitlərini qeyd etmələri xahiş olunur. Tələblərin ödənişi ilə bağlı sənədlərin qəbulu Gəncə şəhəri ilə yanaşı, Bakı şəhəri, Babək prospekti, 16 ünvanında həyata keçirilir.

Ən çox oxunan

Hadisə