Şənbə 21 İyul 2018

Cəmiyyət

MKS-nin 9 saylı kitabxana filialının təşkilatçılığı ilə 'Qəhrəmanlar unudulmur' adlı tədbir keçirilib

Kamilə Seyidli - 13/02/2018

Tədbir şəhid Rövşən İbrahimovun xatirəsinə həsr edilib.

Tədbir iştirakçıları Qarabağ müharibəsində, 1994-cü ildə Ağcabədi rayonunun Xocavənd kəndi uğrunda şəhidlik zirvəsinə ucalan şəhid Rövşən İbrahimovun ailə üzvləri ilə görüşüb. Görüşdə kitabxana kollektivi, oxucular və Gəncə şəhər 37 saylı orta məktəbin VII sinif şagirdləri iştirak edib.

Şəhidin anası Dilbər İbrahimova, bacıları Südabə və Tərlan İbrahimova qardaşları Rövşən İbrahimov haqqında öz xatırələrini bölüşüblər. Onlar üçün oğul itkisi, qardaş itkisi ağır olsa da həmin gün baş verən hadisələri sanki yenidən yaşadıqlarını gənc nəslə çatdırıblar. Filialın müdiri Məsmə İsgəndərova şəhid Rövşən İbrahimovun həyatı və döyüşdə göstərdiyi qəhrəmanlıqlar haqqında danışıb.

İbrahimov Rövşən Duman oğlu 1975-ci ilin mart ayının 26-da Qərbi Azərbaycanda dünyaya göz açıb, 1988-ci ildə öz ata baba yurdundan köçkün düşərək ailəsilə birlikdə Gəncə şəhərində məskunlaşıb. Vətənmizdə gedən ağır döyüşlər onuda bərk sarsııb. O, könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Cəbhədə olarkən komandirlərin, əsgərlin böyük hörmətini qazanmağı bacarıb. Rövşən İbrahimov məhşur topçu olub. Ağcəbədi rayonun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Rövşən Duman oğlu İbrahimov 1994-cü ildə fevralın 6-da Gəncədə Şəhidlər xiyabanında dəfn edilib.

Daha sonra tərbir iştirakçıları şəhidin ailəsilə birlikdə Şəhidlər Xiyabanınında, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərmizin ruhunu bir dəqiqəlik sükutla yad edib. Rövşən İbrahimovun məzarı ziyarət edilib, gül-çıçək dəstləri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.

Sonda kitabxananın oxucuları Cəfər Məmmədov, Zərifə Abbasova, Yeganə Abbasova "Şəhid balaların ölən çağıdır" şeirini söyləyiblər.

Hadisə