Cümə günü 27 Aprel 2018

Cəmiyyət

Gəncədə 'Ədəbiyyat biliciləri' müsabiqəsi keçirilib

Samirə Səmədova - 13/02/2018

Müsabiqənin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında bilik səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənməkdir. Həmçinin mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.

"Ədəbiyyat biliciləri" müsabiqə şəhər orta ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilib.

Müsabiqənin şəhər mərhələsində 156 şagird iştirak edib. Şagirdlərə Azərbaycan və dünya ədəbiyyatı haqqında, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən suallar verilib. Eyniz zamanda müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.

Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.

Photogallery

Musabiq Musabiqe Musabiqe2 Musabiqe3 Musabiqe4

Hadisə