Bazar ertəsi 19 Fevral 2018

Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Gəncə şəhərinə işgüzar səfər edib

Samirə Səmədova - 12/02/2018

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib.

Səfir qəbula görə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. 

Görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial imkanlar olduğu diqqətə çatdırılıb.

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri  Erkan Özoral Türkiyə və Azərbaycan xalqının tarixən çətin anlarda bir - birinin yanında olmasını xüsusi vurğulayıb.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Photogallery

27858532 1857238827680820 6666744809222487765 N

Ən çox oxunan

Hadisə