Cümə günü 27 Aprel 2018

Mədəniyyət

Gəncədə “Leyli və Məcnun” operasının 110 illik yubileyi qeyd edilib

Samirə Səmədova - 12/02/2018

Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunub.

Səhnə əsərinin dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. “Leyli və Məcnun” operasının 110 illik yubileyi çərçivəsində nümayiş edirilən tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc və istedadlı muğam ustası Arzu Əliyeva (Leyli), əməkdar artistləri Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, teatrın xor kollektivi və simfonik orkestri çıxış ediblər. 

Hadisə