Cümə axşamı 24 May 2018

Mədəniyyət

MKS-nin 17 saylı kitabxana filialında dəyirmi masa keçirilib

Mədinə Musazadə - 08/02/2018

Gəncə şəhər MKS-nin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kiitabxana filialında
şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135-illiyi ilə əlaqədar "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Hüseyn Cavid" mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə kitabxanın fəal oxucuları və Hacıkənd qəsəbəsi 35 nömrəli orta məktəbin müəllimləri iştirak edib.

Tədbirdə məktəbin tarix müəllimi Rauf Qocayev çıxış edərək bildirib ki, tarixi mövzularda möhtəşəm əsərlər yaradan Hüseyn Cavid əsrlərin ən dərin qatlarına dövrünün gözü ilə baxaraq işlədiyi mövzunu qüdrətlə mənalandırıb və beləliklə ədib bütün ədəbi döyüşlərdən qalib çıxırdı. Bu səbəbdən də onun əsərlərində yalnız Azərbaycan deyil, bütün bəşəriyyəti düşündürən problemlərə, məsələlərə işıq saçılırdı. Cavidin axtardığı həqiqətin bir mənası vardı: milləti azad, xoşbəxt və birlikdə görmək! .

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin yaradıcılığını əks etdirən “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Hüseyn Cavid” başlığı altında təşkil edilən kitab sərgisi tanış olublar.

Hadisə

Cəmiyyət