Çərşənbə axşamı 14 Avqust 2018

İdman

UTECA-da atıcılıq yarışı keçirilib

Samirə Süleymanlı - 08/02/2018

Azərbaycan Texnologiya Universitetində əməkdaşlar arasında atıcılıq yarışı keçirilib.

Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin İdman bölməsinin təşkilatçılığı ilə universitetin idman zalında təşkil olunan yarışda iştirakçılar pnevmatik tüfəngdən atəş açmaqda məharətlərini sınayıb. Yarışın açılış mərasimində UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, bu cür tədbirlər hər bir vətəndaşın döyüş hazırlığını artırmaq, vətənpərvərlik ruhunu yüksəltmək baxımından əhəmiyyət kəsb edir.

50-ə yaxın iştirakçının çıxış etdiyi yarışda 10 metr məsafədən hədəfi nişan almaq üçün hərəyə 3 atış gülləsi verlib. İqtisadiyyat və idarəetme fakültəsinin müəllimi Cavid Süleymanlı üç atışın cəmində 21 xal toplayaraq birinciliyi əldə edib. Liderdən cəmi 1 xal geri qalan İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri İmdat Quliyev ikinci olub. Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Tofiq Qocayev isə 18 xal toplayaraq üçüncü nəticə göstərib.

Photogallery

Aticiliq2 Aticiliq5 Aticiliq4 Aticiliq3

Hadisə