Cümə günü 27 Aprel 2018

İdman

Gəncədə 'Yaponiya Səfiri Kuboku' keçirilib

Kamilə Seyidli - 08/02/2018

"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin cüdo idman zalında baş tutan cüdo üzrə 3–cü “Yaponiya Səfiri Kuboku” şəhər Gənclər və İdman Baş İdarəsinin və Yaponiya Səfirliyinin təşkilatçılığı ilə baş tutub. Yarışın əsas məqsədi Gəncə ilə Yaponiya arasında mövcud olan dostluq əlaqələrini daha da möhkəmləndirməkdir.

Yarışda Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori və cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov iştirak edib və idmançılara öz töhvələrini veriblər.

Birincilikdə Gəncə şəhərində cüdo ilə məşğul olan 9-16 yaş arası gənc oğlan və qızlar mübarizə aparıblar. Qaliblər Yaponiya Səfirliyi tərəfindən medal və diplomlarla təltif olunub.

Qeyd edək ki, tədbirin keçirildiyi “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin cüdo və ağır atletika idman zalları 2014-cü ildə Yaponiyanın “Mədəniyyət üzrə Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı çərçivəsində “Gəncə şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsi əsasında təmir olunub.

Photogallery

Cudo Cudo5 Cudo7 Cuo3 Cudo9

Hadisə