Bazar ertəsi 15 Oktyabr 2018

Mədəniyyət

MKS-in Uşaq şöbəsi kitab təqimatı keçirib

Sənubər Göyüşqızı - 07/02/2018

Uşaqlar Firudin bəy Köçərlinin "Balalara Hədiyyə" kitabı ilə tanış olub.

Gəncə şəhər 5 nömrəli orta məktəbdə görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist Köçərli Firidun bəy Əhməd bəy oğlunun anadan olmasının 155 illiyi ilə əlaqədar “Balalara hədiyyə” kitabının təqdimatını keçirilib.

Tədbiri giriş sözü ilə şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq, Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərlinin geniş xalq kütləsinin savadlanması yolunda çox işlər gördüyünü bildirib. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da belə ali məqsəd daşıyır. Bu kitabda müəllif Azərbaycan folkloruna aid materiallar, uşaqların çox sevdiyi "Göyçək Fatmanın nağılı", "Pıspısa xanım və Siçan bəy", "Şəngülüm, Şüngülüm, Məngülüm" və s. kimi məşhur xalq nağıllarını, sayaçı sözləri və düzgülər toplayıb. 

Sonda təqdim edilən kitabdan uşaqlara nağıllar oxunub.

Photogallery

Usaq3 Usaq2

Hadisə