Cümə axşamı 24 May 2018

Mədəniyyət

MKS-in 15 saylı kitabxana filialında mütaliə saatı keçirilib

Kamilə Seyidli - 07/02/2018

Tədbir “Gəlin birgə mütaliə edək” başlığı altında baş tutub. Mütaliə saatı Gülzar İbrahimovanın nağıllarından ibarət olub. Tədbirdə Gəncə şəhər 27 saylı lisey məktəbinin 3-cü sinif şagirdləri iştirak edib.

27 saylı lisey məktəbin şagirdi Ayan Nəsirova Gülzar İbrahimovanın "Su pərisi" nağılını,  Əli Pirizadə "Göy qurşağı" nağılını, Mədinə Qaqarova "İki qurbağa" nağıllarını mütaliə ediblər. Sonra 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırıb. Tədbiri keçirməkdə əsas məqsəd kitabxanaya yeni oxucu cəlb etməklə yanaşı, uşaqlarda zehni və nitq qabiliyyətini daha da inkişaf etdirməkdir.

Tədbirin sonunda uşaqlar uşaq kitabxanası və minüatür muzeyi ilə tanış olub.

MKS-nin 15-saylı kitabxana filialının təşkil etdiyi tədbir kiçik yaşlı uşaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Photogallery

Mks1 Mks Mks4

Hadisə

Cəmiyyət