Çərşənbə günü 19 Dekabr 2018

Cəmiyyət

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev vətəndaşların səyyar qəbulunu keçirib

GanjaNews - 07/02/2018

Yeni Gəncə qəsəbəsində müvafiq dövlət qurumları mümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 40-a yaxın sakinin müraciəti dinlənilib. Qəbulda tüstü bacaların təmizlənməsi, yaşıllıq ərazilərinin genişləndirilməsi, işlə təminat və s. məsələlərlə bağlı səslənən müraciətlər üstünlük təşkil edib.

Nizami Hacıyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib. Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.

Rayon İcra Hakimiyyəti başçıları tərəfindən keçirilən səyyar qəbullar əhalinin razılığına səbəb olub. Vətəndaşları narahat edən məsələlər yerindəcə öyrənilib, sakinlər isə müraciətlərinin operativ surətdə həll olunmasından razı qalırlab.

Qəbuldan razılıq bildirən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Photogallery

27721326 2011873512369201 2089128607 N

Hadisə