Bazar ertəsi 19 Fevral 2018

Səhiyyə

Gəncədə Ümumdünya Xərçənglə Mübarizə Günündə maraqlı aksiya təşkil olunub

GanjaNews - 06/02/2018

Ümumdünya Xərçənglə Mübarizə Günündə Bakıdakı "Gənclik Mall" ticarət mərkəzində, Gəncə şəhərinin “ASAN xidmət” mərkəzlərində və “Gəncə Mall” ticarət mərkəzində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı və Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinin dəstəyi ilə maarifləndirici tədbirlər keçirilib.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstələrinin sayı artmaqdadır. Bununla belə, Respublikada xərçəng xəstələrinin sayı qonşu dövlətlərlə müqaisədə azdır. Aksiyada şəhər sakinlərinə xəstəliyə yoluxmama, xəstəliyin ilkin mərhələsi və s. haqqında bukletlər paylanılıb, maarifləndirici məlumatlar verilib.

Keçirilən aksiya şəhər sakinlərinin kifayət qədər diqqətini çəkməyi bacarıb. Onlar verilən məlumatları faydalı hesab ediblər.

Photogallery

15177515253029120906 1000x669

Ən çox oxunan

Hadisə