Cümə axşamı 24 May 2018

İqtisadiyyat

ADIF “Gəncəbank”ın kreditorlarına müraciət edib

Samirə Süleymanlı - 06/02/2018

Kreditorların tələblərinin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-nin kreditorlarına müraciət edib. Müraciətdə bildirilir ki, fevralın 12-dən növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq.

Kreditorlar “Gəncəbank”ın Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etməlidirlər. 

Hadisə

Cəmiyyət