Cümə axşamı 24 May 2018

İqtisadiyyat

Gəncədə 'Çoxmənzilli binaların idarə edilməsi layihəsi' mövzusunda seminar-treninq keçirilib

Sənubər Göyüşqızı - 03/02/2018

Treninq “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” və “Əmlak Bazarı İştirakçıları” İctimai Birliklərinin təşəbbüsü ilə Gəncə şəhər Gənclər Evində gerçəkləşib. Seminarda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Gəncə şəhər şöbəsinin əməkdaşları, Kəpəz və Nizami rayonlarından olan mənzil mülkiyyətçiləri, müxtəlif ictimai birliklərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak edib.

Seminarda canlı fikir mübadiləsinə üstünlük verilib, mövcud olan problemlərin həll edilməsi geniş müzakirə olunub. Tədbir iştirakçıları çoxmənzilli binalarıni darəetmə qaydalarındakı fərqləri və bu qaydalardan hərbirində yaranabiləcək riskləri öyrənib. Seminar təşkilatçıları ayrı-ayrı binalarda problemləri müzakirə edərək, onların qarşısını almaqda xüsusi rolu ola biləcək xüsusi alqoritm hazırlamaq qənaətinə gəliblər.

Tədbirdə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin“Əmlak Resurs Mərkəzi” tərəfindən hazırlanan “Çoxmənzilli binaların idarəolunması” adlı məlumat - sorğu kitabının təqdimatı keçirilib.

Photogallery

2 3 4 7 6

Hadisə

Cəmiyyət