Bazar ertəsi 15 Oktyabr 2018

Mədəniyyət

MKS-in 7 saylı kitabxana filialında şeir saatı keçirilib

Samirə Süleymanlı - 01/02/2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında şair Əli Nəzminin anadan olmasının 140 illiyinə həsr olunan şeir saatı təşkil edilib. Kitabxanaçı Vüsalə Mustafayeva şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Vüsalə Mustafayeva bildirdi ki , Mollanəsrəddinçi şair Mirzə Ələkbər Sabirlə çiyin – çiyinə yazıb – yaradan , XX əsr Azərbaycan ədəbiyyatında satirik şeirin məşhur nümayəndələrindən biri olub. Kitabxanaçı Əli Nəzminin həyat və yaradıcılığından geniş danışaraq  şairin şeir dilinin sadəliyindən, səlisliyindən, üslubu rəvanlığından, ilhamının gücündən bəhs edib.

Əli Nəzmi  öz şeirlərində sadəliyi saxlamağa çalışıb, onda kitab dilinin təsirləri azdır. Vüsalə xanım bildirdi ki , şairin şeirləri müntəzəm olaraq satirik jurnallarda o cümlədən Molla Nəsrəddin jurnalında gizli imzalarla ( Sərsəri , Qanacaqsız , Gəncə cavanları və. s ) çap olunub.

Tədbirdə şagirdlər şairin "Məktəb", "Kişilərimiz", "Türk qızına", "Ey ədalət" və. s şeirlərini söyləyiblər.

 

Photogallery

Kitabxana1

Hadisə