Bazar ertəsi 19 Fevral 2018

Mədəniyyət

Gəncə - neolit dövründən qızıl əsrədək

Samirə Səmədova - 01/02/2018

Qədim dövrlərdən indiyədək Gəncənin tarix və mədəniyyətinin əks olunduğu eksponatlar muzeyin 18 zalında sərgilənir.

1924-cü ildə əsası qoyulan muzeyin kolleksiyası 30 mindən çox eksponatı əhatə edir. Muzey hazırkı binada 1972-ci ildən fəaliyyət göstərir. Yeri gəlmişkən, bu bina Gəncənin son hökmdarı Cavad xanın nəvələri – İsmayıl xan və Adil xan Ziyadxanovlara məxsus olub.

Gəncə ətrafında (Gillikdağ) tapılan daş kərkilər, oraq, çəkic, balta və digər müxtəlif lövhəşəkilli əmək alətləri, çaxmaqdaşından bıçaqlar və Neolit dövrünə aid obsidiandan (vulkanik mineral) hazırlanan alətlər qədim artefaktlara aid edilir. Eneolit dövrü (e.ə. II minillik) isə muzeydə əmək alətləri, silahlar, bəzək əşyaları, qab-qaşıq, dəfn mərasiminə aid ləvazimatla təqdim olunur.

Muzeyin digər eksponatları arasında keramika və heykəltəraşlıq nümunələri, qədim milli geyimlər, Gəncə xalıları, gümüş zinət əşyaları, ev avadanlığı, musiqi alətləri, qədim silahlar, qədim əlyazmalar və Gəncə xanlığının yüksəliş dövrünə aid digər mədəni nümunələr yer tutur.

Photogallery

3 17 Nihat 2 18

Ən çox oxunan

Hadisə