Cümə axşamı 24 May 2018

Mədəniyyət

Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq

Sənubər Göyüşqızı - 01/02/2018

Prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənətinin təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçdiyi və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazandığı qeyd olunur.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Sərəncama əsasən, Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Hadisə

Cəmiyyət