Bazar ertəsi 19 Fevral 2018

İdman

'Kəpəz' son yoxlama oyununda qələbə qazanıb

Mədinə Musazadə - 01/02/2018

Matç komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Antalya toplanışı çərçivəsində “Kəpəz” bu gün son yoxlama oyununa çıxıb. “Sarı-göylər” Serbiya Super Liqasında 3-cü pillədə yer alan “Spartak” klubu ilə qarşılaşıb.

Komandamız 2:0 hesabı ilə qələbə qazanıb. “Kəpəz” hər hissədə bir qol vurub. İlk yarıda İlkin Sadıqov hesabı açıb. Fasilədən sonra isə Dario Frederiko Gəncə klubunun üstünlüyünü artırıb.  

Ən çox oxunan

Hadisə