Cümə axşamı 24 May 2018

Siyasət

Orhan İşıq 'Zeytun Budağı' əməliyyatının məqsədi haqqında mətbuata açıqlama verib

Sənubər Göyüşqızı - 31/01/2018

“Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun Budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, mülki insanları terror hücumlarından qorumaqdır”. Bu sözləri Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq keçirdiyi mətbuat konfransında deyib.

Orhan İşıq bildirib ki, Türkiyənin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adı altında başlatdığı antiterror əməliyyatı terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib. Əməliyyat BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında beynəlxalq hüquqa uyğun həyata keçirilir.

PKK-nın beynəlxalq səviyyədə tanınmış terror təşkilat olduğunu vurğulayan Orhan İşıq təşkilatın artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə terror aktları həyata keçirməyə başladığını qeyd edib.

“Zeytun budağı” əməliyyatı isə, yalnız Türkiyənin sərhədlərinin təhlüksəziliyini təmin etmək məqsədi daşımır. Bu əməliyyat eyni zamanda, həm hazırda orada yaşayan, həm də ölkədən çıxmaq məcburiyyətində qalan suriyalıların gələcək taleyi üçün aparılır. Baş konsul bildiribki, “Zeytun budağı” əməliyyatı eləcə də Türkiyənin üzvü olduğu NATO-nun sərhədlərindəki təhlükənin aradan qaldırılması deməkdir.

Orhan İşıq mətbuat nümayəndələrinin əməliyyatı zəruri edən səbəblər, məqsədlər, Ankaranın növbəti mərhələlərdə terrorizmlə mübarizə istiqamətində hədəfləri barədə suallarını cavablandırıb.

Photogallery

Konsul3 Konsul1

Hadisə

Cəmiyyət