Bazar ertəsi 19 Fevral 2018

Elm

Gəncəli alim beynəlxalq mükafata layiq görülüb

Sənubər Göyüşqızı - 30/01/2018

Beynəlxalq mükafatlandırma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.

Gənc alim Raqif Hüseynov təhsil və elm sahəsindəki xidmətlərinə görə beynəlxalq mükafata layiq görülüb. 

Mükafatlandırma mərasimi Türkiyənin İstanbul şəhərində Eshabu Kəhf Mədəniyyət, Təhsil və Araşdırmalar Fondu tərəfindən keçirilib. Tədbirdə Türkiyənin millət vəkilləri, şəhər rəhbərləri, universitet rektorları, tanınmış incəsənət xadimləri və iş adamları iştirak edib. Azərbaycan adına belə bir mükafatı almağı ilə qürur duyuduğunu bildirən Raqif Hüseynov, bundan sonrakı işlərində də ölkəmizin adını zirvələrə qaldıracağına söz verib. 

Qeyd edək ki, Raqif Hüseynov Gəncədə fəaliyyət göstərən "Xəzər Təhsil Mərkəzinin" rəhbəri vəzifəsində çalışır. 

Ən çox oxunan

Hadisə