Cümə axşamı 16 Avqust 2018

Təhsil

Gəncə MKS-in Musiqi-not fonoteka şöbəsində “Musiqiyə köklənən ömür” adlı dəyirmi masa keçirilib

Samirə Səmədova - 12/01/2018

Dəyirmi masa bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilib. Tədbirdə şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkarın yaradıcılığı haqqında iştirakçılara məlumat verərək, qeyd edib ki, Elza İbrahimova ilk mahnılarını Dağıstan şairlərinin sözlərinə rus və ləzgi dillərində yazıb.

Elza İbrahimova Azərbaycan dilində ilk “Yalan ha deyil” mahnısını bəstələyib. Mahnının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın “Qurban verərdim”, ”Sən mənə lazımsan”. “Bağçadan keçmisən” və sair musiqiləri bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığında təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın vətənpərvərlik mövzusunda yazdığı, Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biridir.

Tədbirdə iştirakçılar Elza İbrahimovanın kitabları ilə yaxından tanış olub.

Sonda bəstəkarın mahnıları səsləndirilib.

Hadisə