Çərşənbə günü 17 Yanvar 2018

Təhsil

ADAU-nun tələbəsi qrant müsabiqəsinin qalibi olub

Samirə Süleymanlı - 12/01/2018

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Cavidan Ağazadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan edilən qrant müsabiqəsində qalib gəlib. Cavidan Ağazadə müsabiqəyə “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsi ilə qatılıb.

Cavidan Ağazadənin “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsinin əsas məqsədi gənclərin ətraf mühitin qorunması, ekoloji maarifləndirmə, qeyri-neft sektoru və aqrar sahəyə marağının stimullaşdırılmasıdır.

Layihənin reallaşdırılmasında ölkənin müxtəlif universitetlərindən ətraf mühit, ekologiya, davamlı inkişaf üzrə təhsil alan gənclər iştirak ediblər. Layihə çərçivəsində keçirilən, təcrübəli mütəxəssislər tərəfindən idarə olunan təlimdə gənclər üçün ölkənin ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat, davamlı inkişaf, ətraf mühitin qorunmasının əhəmiyyəti barədə məlumat verilib. Həmçinin gənclər qazandıqları bilik və təcrübələrini tətbiq etməklə ətraf mühit və ekoloji problemlərə aid məsələlər üzərində çalışıblar.

Təlimin sonunda ən yaxşı praktik həllər hazırlayan gənclərə sertifikatlar verilib.

Photogallery

Adau1

Hadisə