Bazar günü 24 İyun 2018

Səhiyyə

Gəncədə uşaq ölümü hadisələrinin araşdırılması ilə bağlı regional müşavirə keçirilib

Sənubər Göyüşqızı - 12/01/2018

Tədbir Gəncə şəhər Səhiyyə İdarəsinin konfrans zalında Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq olunan "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na uyğun olaraq təşkil edilib.

Müşavirədə Səhiyyə Nazirliyinin tibbi yardımının təşkili şöbəsinin Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, əməkdar elm xadimi, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Tibbi-Yardım şöbəsinin müavini Nərgiz Şərifova, Pediatriya institutunun neonotoloji şöbəsinin müdiri Adilə Hacıyeva və səhiyyə işçiləri iştirak edib.

Professor Nəsib Quliyev müşavirənin əsas məqsədinin ölkəmizdə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olduğunu bildirib. Nəsib Quliyev həmçinin qeyd edib ki, səhiyyə sahəsində xidmət göstərən kadrlar günümüzün tələblərinə uyğun olaraq çalışmalı və gələcək nəslin sağlamlığını qorunması ilə bağlı mümkün olan bütün dəstəyi göstərməlidirlər. Professor keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisinin üç dəfəyə qədər azaldığını vurğulayıb. 

Müşavirədə həmçinin 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili, prioritetləri müəyyənləşdirilərək risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyətinin müzakirəsi, həmçinin vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsindən danışılıb. Tədbirdə qeysəriyyə əməliyyatlarının tibbi göstərişlə həyata keçirilməsi üzərində nəzarətin artırılması, yenidoğulmuşlara, xüsusən azçəkili körpələrə reanimasiyon yardımın tələb olunan səviyyəyə çatdırılmasından, yenidoğulmuşlar arasında metabolik xəstəliklərin skrininqinin aparılmasından, uşaqlar arasında hər bir ölüm, əlillik hadisələrinin araşdırılmasından, peyvəndlərin təbliğindən və digər məsələlər haqqında iclas iştirakçılarına məlumat verilib. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq olunan "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na uyğun regional müşavirə respublikanın digər bölgələrində də keçirilib. 

Photogallery

26853224 1949737362020117 1256671143 O 26828598 1949737382020115 1990020625 O

Ən çox oxunan

Hadisə