Çərşənbə günü 17 Yanvar 2018

Təhsil

GDU-da 'Dövlət Qulluğuna Hazırlıq Proqramı' çərçivəsində ödənşsiz kurslar təşkil ediləcək

Samirə Süleymanlı - 11/01/2018

Gəncə Dövlət Universiteti tələbələri üçün “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kursların qeydiyyatına yenidən start verir. İki ay müddətində davam edəcək kurslar, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq olunmuş istiqmətlər üzrə; Qanunvericilik, İnformasiya texnologiyaları və Məntiqi düşünmə qabiliyyəti üzrə aparılacaq.

Kursun sonunda tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın beşinci təsnifata uyğun olan vakant vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqənin test imatahan mərhələsində asanlıqla iştirak edə biləcək.

Kurs Dövlət Qulluğu orqanlarında çalışan, təcrübəli müəllimlər tərəfindən aparılacaq.

Son qeydiyyat tarixi 31 yanvar 2018-ci il saat 17:00.

Qeydiyat üçün Gəncə Dövlet Universiteti Tələbə Gənclər Təşkilatinin otağına müraciət edə bilərsiniz.

Yerlər məhdud olacaq. Qeydiyyata tələsin.

Ünvan : Heydər Əliyev Prospekti 429.

Telefon : (050) 782-93-96

 

Hadisə