Çərşənbə günü 17 Yanvar 2018

Səhiyyə

Gəncə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə xidmət göstərməkdə davam edir

Samirə Səmədova - 11/01/2018

Gəncə şəhər sakinləri ötən il ərzində 103 qaynar xəttindən ümumilikdə 92 min 684 dəfə istifadə ediblər.

Bu barədə Gəncə şəhər TTTYS-ın baş həkimi Namiq Nəbiyev bildirib. Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 2684 dəfə  çoxdur. Namiq Nəbiyev əsas  çağırışlar ürək, qan-damar çatışmazlıqları ilə bağlı olduğunu bildirib.

Baş həkim vurğulayıb ki, il ərzində 7435 nəfər kardiolojı xidmət üçün müraciət edib. Onların 5211 nəfəri uşaqlarla, 385 nəfəri isə hamiləlik ilə əlaqədər müraciət edib.

Qeyd edək ki, Gəncə TTTYS-da gün ərzində 13-14 xüsusi nəqliyyat vasitəsi əhaliyə xidmət göstərir. Stansiyada 61 həkim, 72 orta - tibb işçisi və 8 texniki işçi çalışır. 

Photogallery

Stansiya1 Stansiya2

Hadisə